Azərbaycanda 11 bank bağlanıb, 4200 nəfər işsiz qalıbbackend

Azərbaycanda 11 bank bağlanıb, 4200 nəfər işsiz qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Report\”a istinadən xəbər verir ki, bunu \”Şəffaflığa doğru birlikdə\” mövzusunda keçirilən vergi konfransında çıxış edən \”Rabitəbank\” ASC-nin İdarə Heyətinin sədri Elçin Qədimov deyib.

E.Qədimovun sözlərinə görə, 11 bankın bağlanması nəticəsində 4 200 nəfər bank əməkdaşı iş yerini itirib: \”Bazar faizi anlayışının tətbiq edilməsi kredit faizlərinə təsir edir. Biz təklif edirik ki, ya bu tətbiq edilməsin, ya da həmin bank üzrə son 30 gündə verilən kreditlərə görə bazar faizi anlayışı tətbiq edilsin\”.

\”Rabitəbank\” sədri təklif edib ki, kommersiya banklarının SWIFT, \”Visa\” və \”Mastercard\” təşkilatlarından aldığı xidmətlər ƏDV-dən azad edilsin.

İnterpress.az