Ömürlük məhbuslarla bağlı Mehriban Əliyevaya müraciət olundubackend

Ömürlük məhbuslarla bağlı Mehriban Əliyevaya müraciət olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə QAT-ın mətbuat xidmətindən məlumat verilib.

Müraciətdə göstərilir: “Biz, ömürlük məhbusların yaxınları, Ömürlük Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin üzvləri Sizə müraciət edirik. İlk növbədə Sizi yeni, Azərbaycan Respublikasının birinci vitse-prezidenti vəzifəsinə təyin olunmağınız münasibətilə təbrik edir, Sizə yeni və məsul vəzifənizdə uğurlar arzulayır və inanırıq ki, bu işin də öhdəsindən bacarıqla gələcəksiniz. Bizim yaxınlarımız, övladlarımız, atalarımız ağır cəzaya, ömürlük həbs cəzasına məhkum ediliblər. Onların əksəriyyəti artıq uzun müddətdir ki, həbsdədirlər, xəstəliklərdən əziyyət çəkirlər. Biz onların günahsız olduğunu demirik, onlardan ağır cinayət törədənlərə rəhm olunmasını xahiş etmirik. Amma bizim yaxınlarımızın işləri ilə ötəri də olsa, tanış olsanız, görərsiniz ki, onların əksəriyyətinə törətdikləri hərəkətlərinə uyğun olmayan ağır cəza verilib.

Onlardan Elçin Əmiraslanov, Arif Kazımov, Səfa Poladov Qarabağ müharibəsində fəal iştirak ediblər, dövlət təltifləri alıblar, 20 ildən çoxdur ki, həbsdədirlər. Məmməd Məmmədov cəmiyyətdə “Qarabağ partizanları” adı ilə tanınan dəstənin üzvü olub, 14 ildir ki, həbsdədir. Əli Quliyev, Çingiz Paşayev 27 ildir ki, həbsdədirlər, ağır xəstəliklərdən əziyyət çəkirlər. Şakir Rzaxanov, Namiq Vəliyev, Dəyanət Kərimov, Rauf Eyvazov, Mahir İsmayılov, Murov Şərifov, Vüqar Əliyev, Anar İsmayılov, Səbuhi Məmmədvəliyev, Rahib Məsimov, Rafiq Bayramov, Yaşar Pənahpur, Ceyhun Qəribov, Daşqın Quliyev, Yadigar Baxşəliyev, İntiqam Qayıbov, Azər Əsədov, Yaşar Şahmuradov, Hüseynağa Əmirullayev artıq 20 ildən çoxdur ki, həbsdədirlər.

Vüsal Qurbanov, Samir Saniyev, Elmir Nurəliyev, Əmir Muradov, Zaur Süleymanov, Elnur Qəhrəmanov hadisəni törədərkən çox cavan olublar, səhvlərini başa düşüblər, amma hərəkətlərinə uyğun olmayan ağır cəza alıblar. Nəcib xanım, mehriban ana, xeyirxah insan, bacarıqlı dövlət adamı kimi ümidlərimizi Sizə bağlayır, yaxınlarımızın əfv olunması və yaxud ömürlük həbs cəzasının müddətli həbs cəzası ilə əvəz olunması üçün təşəbbüs göstərməyinizi xahiş edirik”.

İnterpress.az