Dəm qazı yenə can aldıbackend

Dəm qazı yenə can aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Astarada Barzubənd kəndində 35 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb.

Hadisə barədə polisə məlumat daxil olan kimi əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Məlum olub ki, 1982-ci il təvəllüdlü İlahə Həsanağa qızı Əmirova vanna otağında huşsuz halda ailə üzvləri tərəfindən tapılıb.Onu dərhal Astara rayon mərkəzi xəstəxanasına aparılsa da, həkimlər qadının həyatını xilas edə bilməyiblər.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az