“Heç kəs mal ətini 6-7 manata satmaz, o baş ətidir”- Ekspertbackend

“Heç kəs mal ətini 6-7 manata satmaz, o baş ətidir”- Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə AzNews.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib. Onun sözlərinə görə, bu qiymətə satılacaq mal ətinin keyfiyyətindən söz açmağa dəyməz:

“İki gün bundan öncə \”3-cü mikrarayon\” deyilən bazarda monitorinq apardıq. Orada mal ətinin qiyməti 4 manata idi. Maraqlananda məlum oldu ki, həmin qiymətə satılan ət heyvanın baş ətidir. Güman etmirəm ki, azad bazar iqtisadiyyatı şəriatində və ətin qiyməti 14 manat olduğu bir zamanda kimsə şəxsi təsərrüfatına məxsus mal ətinin qiymətini ucuz satar.”

Eyyub Hüseynovun fikirincə, Kənd Təsərrüfat Nazirliyinin əməkdaşları qiyməti yalnız bolluq yaratmaqla aşağı sala bilər: “Əgər dövlətə məxsus bir kolxoz olsa, oradan gətiriləcək mal ətinin qiymətinin aşağı olması mümkün görünür. Yox, kimsə rayonda heyvanı kəsib 8-10 manata satırsa, həmin ət paytaxda ucuz qiymətə necə satılar?”

Kənd Təsərrüfat Nazirliyi Novruz bayramı ilə əlaqədar Bakıda yarmakarların təşkil olunacağını açıqlayıb. Həmin yarmarkada mal ətin qiyməti 6-7 manat arasında dəyişəcəyini bildirilib.

İnterpress.az