Cinsi həyata mənfi təsir edən qidalarbackend

Cinsi həyata mənfi təsir edən qidalar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1. Monosodium Glutamat (MSG)
Paketli yeməklərdə olan MSG olaraq da bilinən Monosodium Glutamat yeməklərə ləzzət vermək məqsədiylə əlavə olunur. Ancaq baş ağrısından depressiyaya və libido zəifliyinə qədər bir çox zərəri olduğu söylənməkdədir.

2. Qəhvə
Tez-tez qəhvə istehlak etmək böyrəküstü vəzilərin fəaliyyətinə zamanla mənfi təsir edir. Bu səbəblə, seks hormonları da daxil olmaqla bəzi hormonlar yetərli miqdarda istehsal edilmir.

3. Qazlı içkilər

Aparılan araşdırmalara görə qazlı içkilər depressiyaya səbəb olur. Depressiya isə libidonun ən böyük düşmənlərindən biridir.

4. Pendir

Bir çox pendir çeşidi antibiotiklərlə müalicə edilən inəklərin südündən əldə edildiyi üçün həddindən artıq istifadəsi hormon pozğunluqlarına səbəb ola bilir. Bu hormon pozğunluğundan seks hormonları da təsirlənir.

5. Kartof çipsləri

Kartof çipsləri hazırlanarkən ucuz və keyfiyyətsiz yağlar istifadə edilir. Bu yağlar vücudda libido zəifliyi də daxil olmaqla bir çox problemə səbəb olur.

İnterpress.az