“6-7 ildir ki, eyni şalvarı geyinirəm” – Koray Avcı – VİDEObackend

“6-7 ildir ki, eyni şalvarı geyinirəm” – Koray Avcı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ARB TV-nin \”Türk şou-maqazin\” proqramının növbəti qonağı, küçə musiqisi ilə sənətə başlayan və hal-hazırda milyonların sevimlisinə çevrilən Türkiyəli müğənni Koray Avcı olub.

Kliplərində olduqca kədərli görünməsinə baxmayaraq, həyatda çox gülərüz biri olan müğənni, maraqlı açıqlamalar verərək küçə həyatı ilə hal-hazırkı həyatını müqayisə edib:

\”Özüm, sözüm dəyişmədiyi müddətcə, həyatım dəyişəcək. Dəyişməyən şalvarımdır. Universitetdə oxuyan vaxtı 1-2 şalvarım var idi. Küçədə çıxış etdiyim üçün şalvarımı tez-tez dəyişə bilmirdim. Fərqli ola bilmirdim. Adanalı bir dostum var idi. Vəziyyətimi başa düşüb və mənə Adanadan bir şalvar gətirib. Dedi bunu geyin, başqa bir şey də geyinməyinə ehtiyac yoxdur. Mən 6-7 ildir ki, eyni şalvarları geyinirəm. Amma real həyatda bu cür geyinmirəm. Dostlarım var bu işi yaxşı bilənlər. Onlarla məsləhətləşirəm və geyinməyi sevirəm\”.

Daha sonra repertuarı olduqca zəngin olan sənətçi, Azərbaycan dilində də mahnı səsləndirdiyini dilə gətirib:

\”Bəli, səsləndirirəm və repertuarımda da var. \”Əziz dostum\” mahnısı var məsələn. Başqaları da olacaq, ancaq mən layiqincə oxumaq istəyirəm. Bakıya gəldiyimdə də 4-5 mahnı səsləndirəcəm. Mən bir mahnını 2 min dəfə dinləyirəm. Çünki dəqiq bilməliyəm\”.

İnterpress.azhttps://youtube.com/watch?v=LNYA0G4NOw4