45 yaşınadək pulunuz olmayıbsa, sonra da olmayacaqbackend

45 yaşınadək pulunuz olmayıbsa, sonra da olmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2015-ci ildə ABŞ Maliyyə Nazirliyinin alimləri bu nəticəyə gəlmişdilər ki, insan 45 yaşınadək varlanmayıbsa, bundan sonra sərvət sahibi olması çətin ağlabatdır.
Belə bir nəticəyə gəlməzdən əvvəl alimlər Sosial Təminat Administrasiyasının 1978-ci ildən bu yana olan gəlirlər barədə sənədlərini araşdırıblar. Bu sənədlərdə müxtəlif insanların gəlirləri və onların əldə edilməsi barədə təfərrüatlar olur.
Araşdırmadan bəlli olub ki, \”orta amerikalı\” maliyyə uğurlarının təməlini əmək fəaliyyətinin ilk oniliyyində qoyur. Bu isə adətən 25-35 yaşları arasına təsadüf edir.
35 yaşından sonra gəlirlərin artım sürəti adətən yavaşıyır, 45 yaşında isə qazancın pik nöqtəsi çatır və durğunluq başlanır.
Jurnalist Danielle Paquette Washington Post qəzetində yazır:
\”Zuckerbergsayağı varlı olmaq istəyirsinizsə, əsas ibrət dərsi belədir: Əlinizdə olandan cavankən möhkəm yapışın. Pulunuzu pul gəldikcə yığın, maaş artımını nə qədər tez tələb etsəniz, o qədər yaxşıdır\”. (bbc)

İnterpress.az