Fransalı senator bəzi həmkarlarının Dağlıq Qarabağa səfərini pislədibackend

Fransalı senator bəzi həmkarlarının Dağlıq Qarabağa səfərini pislədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Trend-in məlumatına görə, görüşdə çıxış edən Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Cavanşir Feyziyev bildirib ki, iki ölkə arasında əlaqələr yüksək səviyyədədir və inkişaf edir.

A.Reyşar isə bildirib ki, səfərin məqsədi Azərbaycan-Fransa münasibətləri haqqında daha geniş məlumata malik olmaq və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi barədə məlumatlanmaqdır.

O, həmçinin parlament diplomatiyasının Ermənistan-Azərbaycan münaqişəsinin həllinə müsbət təsir edə biləcəyini qeyd edib və təmasların artırılmasının əhəmiyyətindən danışıb. A.Reyşar bildirib ki, onlar səfər çərçivəsində təmas xəttində olub və orada insanların şəraiti ilə maraqlanırblar: “Oradakı vəziyyəti görəndən sonra bir daha əmin olduq ki, münaqişə tez bir zamanda həllini tapmalıdır”.

Bəzi fransalı senatorların Dağlıq Qarabağ ərazisinə səfər etməsini pislədiyini deyən A.Reyşar bildirib ki, hər kəs Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır.

A.Reyşar həmçinin bildirib ki, bu səfər iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişafına öz töhfəsini verəcək.

İnterpress.az