“Bu siyasət Avropa əxlaqının Türkiyəyə qarşı olan bir formasıdır”backend

“Bu siyasət Avropa əxlaqının Türkiyəyə qarşı olan bir formasıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli Türkiyə ilə Hollandiya arasında yaranan siyasi qalmaqalı şərh edərkən deyib. Onun sözlərinə görə, Türkiyənin Holandiyaya müharibə elan etmək fikiri yoxdur:

“Bu məsələ bir zaman kəsiyində baş verməyib. Bu siyasət Avropa əxlaqının Türkiyəyə qarşı olan bir formasıdır. İndi dünyada diplomatiya qanunları pozulub. Məsələnin mahiyyəti də elə burdan başlayır. Tarixən Türkiyəyə qarşı münasibətdə həmişə bir xristian təəssübkeşliyi, islam düşmənçiliyində dayanan dövlətlər olub. Osmanlı İmperiyasından başlayaraq üzü bu yana, hətta son olaraq 1920-ci ilin mart ayının 16-da İngiltərə, Fransa Avropanın böyük dövətləri Türkiyəni bölüşdürdülər. Dedilər ki, bu imperiya parçalandı, Türkiyə deyilən bir dövlət qalmadı. Bu azmış kimi hətta onun ərazisindəTürkiyəyə tarixən düşmən olan böyük Yunanıstan və Ermənistan dövləti yaratdılar. Anadolu səviyyəsində kiçik bir ərazi Türkiyəyə verildi və deyildi ki, burada yaşayın və bizdən asılı bir dövlət qurun. Ancaq Atatürk bunların arzusunu ürəyində qoydu, milləti səfərbər etdi. Milli azadlıq hərəkatı başladı, bütün türk xalqı səfərbər olub bunların arzusu gözündə qaldı.”

Deputat qeyd edib ki, Atatürk siyasəti Türkiyəni dünya dövlətləri səviyyəsinə çıxardı: “Sonradan SSRİ adlanan imperiya Türkiyənin canına çökdü ki, onun torpaqlarını alıb Ermənistan və Gürcüstana vermək istədi. Bu arzusu da ürəyində qaldı. Türkiyə həmin arada siyasət işlədib NATO blokuna daxil oldu. Bununla da Türkiyə dövlətinə göz dikənlərin arzusu ürəyində qaldı. Nə qədər ki, Türkiyə NATO blokunda idi, nə qədər ki, dünya siyasətində iki böyük dövlət- kapitalizm və sosializm var idi, Türkiyə Avropa dövlətləri üçün SSRİ-nin ağzına bir yumruq kimi çox lazım idi. SSRİ dağıldıqdan sonra Avropa dövlətləri sanki bir qorxudan azad oldular və Türkiyə bunlara lazım olmadı. Ona görə də Türkiyəyə qarşı münasibət artıq tamam yeni bir yol aldı. Və Türkiyə lazımsız bir dövlətə çevrildi. Bunlar azmış kimi Türkiyəni dünya ictimaiyyətinin gözündən salmaq üçün Qondarma erməni soyqırımı başladılar. Hollandiya siyasi qalmaqlı da bunu son formasıdır.”

İnterpress.az