Azərbaycan Kiyevdə Ticarət Evi açırbackend

Azərbaycan Kiyevdə Ticarət Evi açır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Nazirlər Kabinetinin yaydığı məlumatda deyilir.

Görüş çərçivəsində tərəflər müxtəlif sahələrdə dövlətlərarası əməkdaşlığı genişləndirmək barədə razılıq əldə ediblər.

Bununla yanaşı, V.Qroysman və Ş.Mustafayev Kiyevdə Azərbaycan Ticarət Evinin açılmasını məqbul hesab edib. Onların fikrincə, Ticarət Evinin açılışı ikitərəfli ticarəti stimullaşdıracaq və Ukraynaya Azərbaycan investisiyalarının cəlbini artıracaq.

Ş.Mustafayev qeyd edib ki, Azərbaycan Ukrayna ilə maşınqayırma sahəsində birgə müəssisələrin yaradılmasında maraqlıdır. Nazir həmçinin kimya sənayesi, kənd təsərrüfatı və turizm sektorlarında dövlətlərarası əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulayıb.

Qeyd edək ki, Azərbaycan MDB ölkələri arasında Ukraynanın əsas ticarət tərəfdaşlarından biridir. 2016-cı ildə ölkələr arasında ticarət dövriyyəsi 347 mln. dollar təşkil edib ki, bu da 2015-ci illə müqayisədə 17,7% çoxdur.

İnterpress.az