Bakıda məktəbli qız itkin düşdü – YENİLƏNİBbackend

Bakıda məktəbli qız itkin düşdü – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda itkin düşən 202 saylı orta məktəbin şagirdi tapılıb.

Bu barədə AzNews.az-a sözü gedən məktəbin direktoru Qasım Qasımov məlumat verib. Onun sözlərinə görə, itkin düşən 11-ci sinif şagirdi N.K-nın anası məktəbə zəng edərək qızının bu saatlarda evdə olduğunu bildirib:

“Hadisə dünən baş verib. N.K- dərsdən sonra evə getməyib. Ana isə əsəbiləşib polis şöbəsinə məlumat verib. İndi şagirdin anası məktəbə zəng edib qızının evə gəldiyini deyib. Mən də məktəbin müəllimlərindən birini, məktəblinin sinif rəhbərini onlara göndərdim. Dedim ki, maraqlan gör, bu şagird harda olub? Ana niyə polisə şikayət edib? Hər halda bilməliyik ki, bu qız harda olub.”

Direktor qeyd edib ki, ana qızının rəfiqəsi gildə olduğunu deyib: “Hər halda məktəbli qızın harada olması yaxın saatlarda aydınlaşacaq.”

***

İnterpress.az xəbər verir ki, Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon sakini, 1999-cu il təvəllüdlü N. K.-nın itkin düşməsi barədə polisə məlumat daxil olub.

Valideynlərinin dediyinə görə, 202 saylı orta məktəbin 11-ci sinfində oxuyan N. K. ötən gün saat 14.00 radələrində məktəbdən çıxıb, ondan sonra barəsində heç bir xəbər yoxdur.

Hazırda polis onun tapılması istiqamətində axtarışları davam etdirir.

İnterpress.az