Vizasız hansı ölkələrə getmək olacaq?backend

Vizasız hansı ölkələrə getmək olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə \”Henley & Partners\” şirkətinin \”İllik viza məhdudiyyəti indeks\”ində (Visa Restrictions Index) deyilir.

Qeyd olunur ki, 2016-cı il ərzində Azərbaycan vətəndaşlarının digər ölkələrə vizasız gediş üçün daha çox imkanı olub. Azərbaycan indeksdə 74-cü yerə yüksəlib. Bundan əvvəlki göstərici 75 idi.

Ümumilikdə, Azərbaycan pasportu ilə vizasız səfərlərlə bağlı irəliləyiş var (2015-ci ildə 58, 2016-2017-ci illərdə 62 ölkəyə).

Azərbaycanın qonşu ölkələri reytinqdə aşağıdakı mövqelərdə qərarlaşıblar:

– Rusiya – 51, Тürkiyə – 52, Gürcüstan – 68, Qazaxıstan – 71-ci yer.

Almaniya 4 ildir reytinqdə liderliyini qoruyub saxlayır. İkinci yerdə İsveç qərarlaşıb, 3-cü yeri isə 5 ölkə bölüşür – Finlandiya, İtaliya, İspaniya, ABŞ və Danimarka.

İndeksdə son yerləri Pakistan, İraq və Əfqanıstan tutur.

İnterpress.az