Gündə bir ovuc ləpə – Faydası varbackend

Gündə bir ovuc ləpə – Faydası var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həkimlərin fikirinə görə, hər gün 1 ovuc ləpə yeyən insan özünü bir çox xəstəliklərdən və pozulmalardan qoruya bilər. Xatun.life saglamolun.az-a istinadən, ləpə yeməyin faydalarını təqdim edir:

Qoz-fındığın orqanizmə olan müsbət təsirləri arasında:

– Ləpə insanı uzun müddət ərzində tox saxlayır və nəticədə daha az yeyir və arıqlayır.

– Omeqa-3 və Omeqa-6 yağlı turşularla zəngindir ki, bu maddələr ürəyin və beyinin sağlamlığında çox böyük rol oynayır.

– Arterial təzyiqin tənzimlənməsinə kömək edir.

– Orqanizmdə \”pis\” xolesterinin səviyyəsini aşağı salmağa kömək edir və bununla damarlarımızı aterosklerozdan qoruyur. Ateroskleroz insult və infarkt kimi ağır pozulmaların əsas risk faktoru sayılır.

– Qidalı liflərlə zəngin olduğuna görə bağırsaqları təmizləyir.

– Mineralla zəngin olduğuna görə sümükləri və dişləri möhkəmləndirir.

– Qanda \”xoşbəxtlik hormonu\” adlandırılan serotoninin səviyyəsini qaldırır ki, bu da bizə streslə və depressiya ilə mübarizə etməyə kömək edir.

– Beyinin bütün funksiyalarını (yaddaş, diqqət, təfəkkür) yaxşılaşdırır.

– Yuxunu normallaşdırır.

– İmmun sistemini möhkəmləndirir.

– Antioksidant maddələrlə zəngin olduğuna görə hüceyrə səviyəsində qocalma prosesini ləngidir, insanı daha gümrah edir.

Gündə bir ovuc ləpə - Faydası var

Gündə bir ovuc ləpə - Faydası var

İnterpress.az