Ryutte və Yıldırım görüşəcək?backend

Ryutte və Yıldırım görüşəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hollandiyada yayımlanan AD qəzeti Türkiyə Baş naziri Binali Yıldırımın hollandiyalı həmkarı Mark Ryuttenin yemək təklifini qəbul etdiyini iddia edib.

Mənbənin məlumatına görə, Ryutte bu barədə bazar günü çəkilən reportajda bildirib. Həmin reportaj isə bu gün yayımlanacaq.

Qəzet yazır ki, şənbə günü axşam saatlarında baş verən hadisələrlə bağlı Ryutte Yıldırıma zəng vurub və onu yemək masası ətrafında müzakirəyə dəvət edib:

“Diplomatik böhranın daha da şiddətlənməməsi üçün oturub böyük bir boşqab yemək yeyək”.

Ryutte yemək masası arxasında müzakirənin məntiqli olacağını və gərginliyi azaldacağını qeyd edib.

Mənbə iddia edir ki, Ryutte reportajda türkiyəli həmkarının bu təklifi qəbul etdiyini açıqlayıb:

“Bunun reallaşacağına ümid edirəm. Bu niyyəti qarşılıqlı müzakirə etdik, həyata keçirməyi təsdiqlədik. Bunun üçün uyğun bir vaxt axtaracağıq”.

Başqa bir iddiaya görə, Ryutte bu gün yayımlanacaq reportajda alman mətbuatında yer alan türkiyəli nazirlərə Hollandiya seçkilərindən sonra kampaniya aparmağa icazə veriləcək kimi xəbərləri də yalan adlandırıb:

“Türklər seçkidən sonra da gələ bilməzlər. Bunu istəmədiyimizi açıq şəkildə ifadə etdik. Türkiyəyə göstərilən bu sərt münasibətin seçkilərlə əlaqəsi yoxdur”. ( aznews.az )

İnterpress.az