Hollandiya səfirinin Türkiyəyə girişinə qadağa qoyuldubackend

Hollandiya səfirinin Türkiyəyə girişinə qadağa qoyuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş məlumat verib.

Qeyd edək ki, bundan əvvəl Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan Hollandiyanı diplomatik sanksiyalarla hədələyib və türkiyəli nazirlərin ölkəyə girişinə qadağa qoyulmasına görə insan hüüquqları üzrə Avropa məhkəməsinə müraciət etməyə hazır olduqlarını bildirib.

Xatırladaq ki, Hollandiya hökuməti xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Ailə və Sosial siyasətlər naziri Fatma Betül Sayan Kayanın türk icmasıyla və diplomatik nümayəndələrlə bir araya gəlmək üçün ötən həftəsonu həyata keçirəcəyi bütün səfərləri təxirə salıb.

İnterpress.az