Vüqar Bəkirova bəraət verildi – Zaldan buraxıldıbackend

Vüqar Bəkirova bəraət verildi – Zaldan buraxıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Məhkəmənin qərarı ilə V.Bəkirova bəraət hökmü verilib və o, məhkəmə zalından azadlığa buraxılıb. Bu barədə onun vəkili Adəm Məmmədov məlumat verib.

Qeyd edək ki, Yasamal Rayon Məhkəmənin hökmü ilə V.Bəkirov 4 il müddətinə azadlıqdan məhrum edilib. V.Bəkirov mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun dostudur. Onun şikayəti əsasında İ.Quliyevanın keçmiş köməkçisi Mehriban Hüseynova həbs edilib. M.Hüsyenovaya məhkəmədə şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

V.Bəkirovun Ülviyyə Ələkbərova adlı qadından və Biləsuvar rayon sakini Oruc Məmmədovdan dələduzluq yolu ilə pul alaraq qaytarmadığı iddia edilirdi və o, dələduzluqda təqsirləndirilirdi.(qafqazinfo)

İnterpress.az