“Ərdoğanla bağlı deyil” – Fazil Mustafabackend

“Ərdoğanla bağlı deyil” – Fazil Mustafa

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Dəyərli dostlar! Öncə Almaniyanın, indi də Hollandiyanın Türkiyəyə qarşı demokratiya fəlsəfəsinə tamamilə zidd olan addımlarına görə xüsusi narahatçılığıa əsas vermir. Əslində bunu Türkiyənin siyasi baxımdan faydasına olan bir siyasətə çevirmək imkanları Türkiyə hökumətinin öz əlindədir. Gizli şəkildə terroru dəstəkləmək siyasətindən açıq formada Türkiyə dövlətinə qarşı düşmənçilik siyasətinə keçid Avropanın bütün kollektiv qurumlarını iflic vəziyyətə salacaq. Artıq Avropa Parlamenti, AŞPA, ATƏT müstəvisində qəbul olunan qərarları demokratik prinsipləri qorumaq adı altında sırımaq xeyli çətinləşəcək. Məsələ referendumla bağlı deyil, heç Ərdoğanla da bağlı deyil, bu düşmənçilik və ədəbsizlik birbaşa Türkiyə dövlətinə qarşı yönəldiyindən, heç şübhəsiz ki, Türkiyə bunun cavabını miqrantlarla bağlı siyasətdə kəskin dəyişikliklərlə verəcəkdir. Unutmaq lazım deyil ki, Avropanın üz tuta biləcəyi tək normal və demokratik müsəlman ölkəsi Türkiyə idi, artıq bu imkanın itirilməsi ən çox özlərinin ziyanına olacaqdır. Burada Türkiyə hakimiyyətinə və ya müxalifətinə simpatiya bəsləməni bir tərəfə buraxıb, qardaş Türkiyə dövlətini, dolayısıyla da Azərbaycanın maraqlarını dəstəkləməmiz daha doğru olardı. Çünki PKK-nı dəstəkləməklə Azərbaycan torpaqlarını işğal etmiş erməniləri dəstəkləmək arasında ciddi bir fərq yoxdur. Və illərdir Avropa ölkələrinin bir çoxu məhz bunu edir.\”

Fazil Mustafa, millət vəkili
İnterpress.az