Beyləqanda məktəblini zorlayanlar həbs edildibackend

Beyləqanda məktəblini zorlayanlar həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata əsasən xəbər verir ki, iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib, çoxsaylı şahidlər dindirilmiş və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Beyləqan rayon hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində K.Hümbətov və T.Kərimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar. Onlar iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barələrində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

İnterpress.az