“Bütün anti-türkçülərə birləşməyi təklif edirəm”backend

“Bütün anti-türkçülərə birləşməyi təklif edirəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son vaxtlar ölkəmizdəki bəzi media orqanlarında anti-türk bəyanatlarının səslənməsi bir çox vətəndaşlar kimi ölkə ziyalıları tərəfindən də ciddi narahatlıqla qarşılanmaqdadır. Məhz bu səbəbədən də bəzi ziyalılar mütəmadi surətdə türk düşmənçiliyin təbliğini aparan media orqanlarının bağlanması təklifi ilə çıxış edir.
İnterpress.az xəbər verir ki, Moderator.az-a açıqlama verən KXCP sədri Mirmahmud Mirəlioğlu məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Hesab edirəm ki, bununla cidanı çuvalda gizlətmək olmaz. Mən anti-türk təbliğatı aparan media orqanlarının bağlanmasının tərəfdarı deyiləm. Mən təklif edərdim ki, bütün anti-türklər birləşsin. Onlar birləşsinlər və biz bilək ki, parlamentdə nə qədər anti-türkçü var, dövlət qurumlarında nə qədər erməni mənşəli şəxs var. Bunların birləşməyi cəmiyyət üçün də yaxşıdır.
Onların saytlarına toxunmaq olmaz. Qoy anti-türklər də öz mövqelərini bildirsinlər. Bizim körpələrimiz də bunu başa düşsünlər. Başa düşsünlər ki, biz mübarizəmizi necə aparmışıq. Və bu milli mücadilə hələ bitməyib”.

İnterpress.az