“Hollandiyada yaşayan azərbaycanlılara qarşı təxribat ola bilər”backend

“Hollandiyada yaşayan azərbaycanlılara qarşı təxribat ola bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, F.Aktaş Publika.az-a açıqlamasında bildirib ki, hazırda Niderlandın Baş naziri Mark Rutte və sağçı Azadlıq Partiyasının lideri GertVilders irqçi təbiətə malik şəxslərdir:
“Ona görə də Hollandiyada yaşayan türklər son dərəcə diqqətli olmalıdır. Çünki Hollandiyadakı indiki iqtidar türklərə qarşı təxribatlar törədə bilər. Son günlər Türkiyə və Hollandiyada arasında yaranan siyasi böhran bu şəxslər üçün bəhanə ola bilər”.
F.Aktaş deyib ki, Mark Rutte və Gert Vilders təkcə türklərə qarşı deyil, bütün başqa millətlərə qarşı irqi ayrı-seçkilik mövqeyi ilə seçilir:
“Bu şəxslər Hollandiyada miqrantlara qarşı da çox sərt və irqçi mövqeləri ilə tanınırlar. Ona görə də mən Hollandiyada yaşayan bütün türkləri ehtiyatlı və diqqətli olmağa çağırıram”.
F.Aktaş azərbaycanlıların da eyni təhlükələr və təxribatlarla üzləşə biləcəyini istisna etməyib:
“Azərbaycanlılar da türklərdir. Hollandiyada kifayət qədər azərbaycanlı var. Düşünürəm ki, azərbaycanlılara qarşı da təxribatlar ola bilər”.

İnterpress.az