“Biz şikayətlənmirik, həqiqətləri çatdırırıq”backend

“Biz şikayətlənmirik, həqiqətləri çatdırırıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Milli Məclisinin sədr müavini Valeh Ələsgərov Bakıda keçirilən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin iclasında deyib.

Vitse-spiker bildirib ki, AŞPA ilə əlaqələr bundan sonra inkişaf edəcək: “17 ildir ki, Azərbaycan AŞPA-nın tam hüquqlu üzvüdür. Azərbaycan tərəfi bundan sonra da əlaqələrin hərtərəfli inkişafında maraqlıdır. Bu əlaqələr qarşılıqlı hörmətə əsaslanmalıdır”.

V.Ələsgərov qeyd edib ki, Azərbaycanın torpaqları işğal olunub, 1 milyon qaçqın və məcburi köçkünü var:
“Biz burada şikayətlənmə, yardım istəmirik, sadəcə, həqiqətləri çatdırırıq. Dünyada qaçqın və məcburi köçkünün olmasını istəmirik. Dünya qaçqın və məcburi köçkünlərlə bağlı ciddi çağırışlarla üzləşib. Bu problemlərlə birlikdə məşğul olmaq lazımdır. 500 milyon əhalisi olan Avropa İttifaqı 2 milyon qaçqının probleminin həll edilməsində çətinliklərlə üzləşib, amma 10 milyon əhalisi olan Azərbaycan 1 milyon qaçqın və məcburi köçkünün problemi ilə təkbaşına məşğul olur”.

İnterpress.az