Sarıköklə dərinizi cavanlaşdırınbackend

Sarıköklə dərinizi cavanlaşdırın

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sən demə, sarıkök həm də cavanlaşdırma funksiyasını da yerinə yetirir. Həmçinin, dəriyə antibakteriyal təsir edir. Üzdəki sızanaqların da qarşısını alır.
Sarıkök maskası üz dərisini zəngin, aktiv maddələri ilə qidalandırır.Tərkibindəki efir yağı dərinin qıcıqlanmasının qarşısını alır və antiseptik təsir edir. Piridoksin ( B6 vitamini) dəriyə ilthab əleyhinə təsir edir. Fol turşusu ( B9 vitamini) müxtəlif xarici təsirlərə mənfi təsir edir. Askorbin ( C vitamin) turşusu dərini cavanlaşdırır və antiseptik təsir edir. Filloxinon (K vitamin) dəriylə mübarizə aparır və iltihablanmanın qarşısını alır. Neasiyan (PPvitamini) dərinin hüceyrlərini bərpa edir. Xolin dərinin piy vəzlərini normallaşdırır və dərinin effektliyini artırır. Bu qədər xeyirlərinə baxmayaraq, maska edərkən yalnız son dərəcə ehtiyatlı olmaq lazımıdr. Çünki sarıkökün tərkibində kurkumin adlı boyaq maddəsi də də vardır. Bu maska dəridən sızanaqların və qara nöqtələrin azalmasını, elastikliyini və yağlılığını qoruyur.

İstifadəsi:
1ç.q sarıkök, 1 x.q quru süd su ilə qarışıdırb üzə yaxmaq dərini yumuşaldır.
¼ ç.q sarıkök, 1 x.q mavi gil su əlavə edib qarışdırmaq dərini cavanlaşdırır.
1/4 ç.q sarıkök, 0.5 ç.q səndəl ağacının tozu, 2 x.q yağsız kəsmiklə qarışdırıb üzə yaxmaq qara nöqtələrdən xilas edir. Yaxud 0.5ç.q sarıkök, 1x.q yulaf unu, su əlavə edib qarışdırlır.
1/4 ç.q sarıkök, 1ç.q bal. yağlı kefir yaxud 2 x.q yoqurt əlavə edilib qarışıdırlır.
1 ç.q sarıkök, 1 x.q noxud unu və 2 x.q qaymaq qarışdırıb üzə yaxmaq dərini təmizləyir.
1/4 ç.q sarıkök, limon suyu, zəfəran tozu, ərik yağı 0.5ç.q, qliserin və kəsmik 0.5 ç.q, bal və aloye şirəsi 2 ç.q, turp şirəsi 1x.q, yerkökü şirəsi 2 x.q əlavə olunur, qarışdırılır və üzə yaxılır.
1/4 ç.q sarıkök, 100 ml su, çay ağacının efir yağı 8 damcı. Qarışdırılıb üzə çəkilir. 20 dəqiqən sonra yuyulur.

İnterpress.az