Bilgəh sanatoriyasına quldur basqını – Yaralanan varbackend

Bilgəh sanatoriyasına quldur basqını – Yaralanan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın xəbərinə görə, hadisə Sabunçu rayonunda baş verib.

Belə ki, Bilgəh Kardioloji Sanatoriyasında mühafizəçi işləyən 1989-cu il təvəllüdlü Həmidzadə Şəhriyar Paşa oğlu içəriyə oğurluq etmək məqsədilə daxil olmaq istəyən şəxsi zərərsizləşdirmək istəyib. Bu zaman həmin şəxslə mühafizəçi əlbəyaxa olublar. Həmin şəxs Ş.Həmidzadənin baş və bədən nahiyəsinə ümumilikdə 3 bıçaq zərbəsi vurub. Mühafizəçi ağır yaralanaraq xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

İnterpress.az