“Status-kvo qəbuledilməzdir”backend

“Status-kvo qəbuledilməzdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Azərbaycan prezidenti İlham Əliyev Fransa prezidenti Fransua Ollandın adından onun və birinci xanım Mehriban Əliyevanın şərəfinə verilən şam yeməyindəki çıxışında deyib.

Azərbaycan ilə Fransa arasında iqtisadi əlaqələrin sürətlə inkişaf etdiyini vurğulayan Prezident Fransa şirkətlərinin bu günədək Azərbaycanda energetika, aviasiya, kosmik sənaye, nəqliyyat, su təchizatı, kənd təsərrüfatı və digər sahələrdə təxminən iki milyard ABŞ dolları dəyərində 27 layihədə podratçı kimi iştirak etdiiiyini qeyd edib: “Enerji sahəsində əməkdaşlıq iqtisadi münasibətlərimizin əsas istiqamətlərindən biridir. Fransa şirkətləri Azərbaycanın neft-qaz sektorunda həyata keçirilən layihələrdə iştirak edirlər. Azərbaycanın təşəbbüsü ilə uğurla icra edilən “Cənub Qaz Dəhlizi” layihəsi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün böyük əhəmiyyət kəsb edir”.

İnterpress.az