Gənc görünməyin formulubackend

Gənc görünməyin formulu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təqdim edəcəyimiz aspirinli maskalarla həm gənc görünün, həm də qırışıqlıqları yox edin.

1. Aspirin ve limon maskası

Tərkibi:

3 aspirin

3 yemək qaşığı limon suyu

Hazırlanması:

Aspirini limon suyunda yaxşıca əzin. Yapışqan hala gələnə qədər qarışdırın. Üzünüzü yuyun və daha sonra bu qarışımı tətbiq edin. 10 dəqiqə gözləyin. Su ilə maskanı təmizləyin.

2. Qatıq, bal və aspirin maskası

Tərkibi:

5 aspirin

1 yemək qaşığı qatıq

1/2 yemək qaşığı bal

Hazırlanması:

Aspirini əzib digər vəsaitlərlə qarışdırın. Maskanı tətbiq etməzdən əvvəl üzünüzdəki məsamələri açın. Bunun üçün də bir bezi ilıq suya batırıb üzünüzə qoyun. Üzünüzü quruladıqdan sonra qarışımı tətbiq edin. Yarım saat cildinizdə saxlayın. İlıq suyla təmizləyin.

3. Aspirin, su maskası

Tərkibi:

3 aspirin

3 yemək qaşığı ilıq su

Hazırlanması:

Aspirini suda əridin. Yapışqan qarışım əlavə edin. Təmiz üzünüzə qarışımı tətbiq edin və 10 dəqiqə gözləyin. Daha sonra yaxşıca durullayın.

İnterpress.az