Basketbolçuya 8 il cəza verildi – narkotik işibackend

Basketbolçuya 8 il cəza verildi – narkotik işi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, sabiq basketbolçu Toğrul Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başla çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

Dövlət ittihamçısı T.Əsgərovun saxlanılarkən üzərindən 3500 qram tiryək çıxdığını və onun günahını etiraf etdiyini bildirib. Prokuror T.Əsgərovun 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

T.Əsgərov isə ümumiyyətlə, narkotik maddə alverçisi olmadığını bildirib. O, qeyd edib ki, şərlənərək həbs edilib. Təqsirləndirilən şəxs deyib ki, o, basketbolçudur və ölkənin bir neçə basketbol klubunda təmsil olunub. O, \”Qala\” basketbol klubunda da oynayıb.

Məhkəmənin hökmü ilə T.Əsgərov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, T.Əsgərov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Cəlilabad şəhər sakini Toğrul Əsgərovun Nəsimi rayonu ərazisində kirayədə yaşadığı evinə baxış zamanı oradan 3 kiloqram 500 qram tiryək aşkar edilərək götürülüb. T.Əsgərov Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, külli miqdarda törədildikdə) maddəsilə ittiham edilir. (musavat.com)

İnterpress.az