Dənizdə meyiti tapılan şəxs itkin düşən neftçi imişbackend

Dənizdə meyiti tapılan şəxs itkin düşən neftçi imiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən APA-ya verilən məlumata görə, meyiti tapılan şəxsin \”Azneft\” İB-nin N. Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçi, Salyan rayonunun Xıdırlı kənd sakini Ramiz Qulu oğlu Abbasov olduğu ehtimal edilir.

Genetik ekspertizanın nəticələri açıqlanmasa da, R. Abbasovun yaxınları onu bədənindəki işarədən tanıyıb.

İnterpress.az