Qardaş qardaşını bıçaqlayaraq qaçıbbackend

Qardaş qardaşını bıçaqlayaraq qaçıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə rayonun Məhəmmədi kəndində baş verib.

Belə ki, 31 yaşlı Nurəliyev Seyidəli Murad oğlu ilə qardaşı arasında şəxsi münasibətlər zəmnində mübahisə yaranıb. Mübahisə daha sonra davaya çevrilib və qardaşı S.Nurəliyevin sinə nahiyəsinə bıçaqla zərbə vurub və hadisə yerindən qaçıb. S.Nurəliyev ailə üzvlərinin köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ailə üzvləri əvvəlcə hadisənin ehtiyatsızlıqdan baş verdiyini deyiblər. Amma ilkin araşdırma zamanı S.Nurəliyevi qardaşının bıçaqladığı məlum olub.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları S.Nurəliyevin qardaşının axtarışına başlayıb.

Faktla bağlı araşdırma aparılır. ( report.az )

İnterpress.az