“Valideynləri onun ölümü ilə bağlı…”backend

“Valideynləri onun ölümü ilə bağlı…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

180 saylı orta məktəbin direktoru Mənsumə Hacıyeva AzNews.az-a verdiyi məlumata görə, 2004-cü il təvəllüdlü mərhum Toğrul Sultanov 7-ci sinif şagirdi olub:

“Toğrul dərsə davamiyyətli şagird olub. Amma çox zəif oxuyurdu. Dərslərindən 3 alırdı. O, dərsdən evə gedəndən sonra paltarını dəyişib çıxıb. Ondan sonra evə gəlməyib, itkin düşüb. Bu gün eşitdik ki, onun meyitini tapıblar. Getdim evlərinə, maraqlandım, valideynləri uşaqlarının ölümü ilə bağlı heç nə bilmir. Çox kasıb ailədir. Özlərini güclə dolandırırlar. Axı, belə bir ailə ilə kimin nə işi? Neçə illərdir ki, kirayədə yaşayıblar. Hazırda yeni bir ev tikiblər, o da yarımçıq. Bundan başqa ailənin iki uşağı var. Onlardan biri 9-cu sinifdə oxuyur.”

Qızıldaş kəndinin sakinlərinin sözlərinə görə, Toğrul Sultanovun atası daş karxanasında işləyir:

“Meyitini çıxarıb ekspertizaya apardılar. Çox kasıb bir ailənin uşağıdır. Atası Yardımlı rayon sakinidir.”

Martın 15-də rayonun Qızıldaş qəsəbə sakini, 2004-cü il təvəllüdlü Toğrul Sultanovun itkin düşüb. Bu gün səhər saatlarında isə onun meyiti Qızıldaş qəsəbəsinin ərazisindən keçən su kanalında aşkar edilib.

İnterpress.az