Qroznıda “Şeyx”ə qarşı ikinci sui-qəsd olubbackend

Qroznıda “Şeyx”ə qarşı ikinci sui-qəsd olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Qroznıda 41 yaşlı çeçen kriminal avtoriteti, kriminal aləmdə Şeyx Həmzət kimi tanınan Həmzət Qatəmirova qarşı daha bir sui-qəsd olub.
İnterpress.az xəbər verir ki, by barədə Sputnik Azərbaycan-a kriminal dairələrə yaxın mənbə məlumat verib. Qeyd edək ki, Şeyx Həmzət 2016-cı ilin 18 avqustunda İstanbulda qətlə yetirilmiş azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskinin (Canıyev) yaxın dostu olub.
Şeyx Həmzətə yaxın məsafədən atəş açıblar. Hücum zamanı üç atəş açılıb və nəticədə güllələrdən biri kriminal avtoritetə, digər ikisi isə onun cangüdənlərinə dəyib. Yaralı Qastəmirovu Qroznının mərkəzi xəstəxanasına gətiriblər. Onun vəziyyəti sabitdir. Onun ətrafı bildirib ki, rəqiblərinin əsas məqsədi Qastəmirovu fiziki cəhətdən məhv etmək yox, sadəcə çəkindirməkdir. “Mübahisə obyekti Berlində yerləşən və hal-hazırda Şeyx Həmzətin idarə etdiyi Hotel ABİON-dur.
Hələlik məlum olan yalnız budur” – mənbə bildirib. Xatırladaq ki, bu, “Avropa obşakı” adlandırılan kriminal kassanın nəzarətçisi Qastəmirova qarşı törədilən ikinci sui-qəsddir. Ona qarşı ilk sui-qəsd ötən ilin 23 dekabrı gecəsi Amsterdamdakı (Niderland) Staay Food Group Holding meyvə-tərəvəz bazasında baş vermişdi. Bu sui-qəsdin iştirakçıları həmin meyvə-tərəvəzin topdansatış bazarına iki ədəd Glok markalı tapança və səsboğucusu olan Kalaşnikov avtomatı ilə birlikdə TIR sürücüsü qiyafəsində daxil olmuşdular. Hücum nəticəsində “kriminal avtoritet”in cangüdənlərindən biri çiynindən yaralanmışdı.
Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində sui-qəsdin iştirakçıları zərərsizləşdirilmişdi. Bu arada nüfuz dairəsini bölüşməyə çalışan Qastəmirovun rəqibləri “qanuni oğru”nun var-dövlətinin yüz milyonlarla avro olduğunu bildirirlər. Qeyd edək ki, Qastəmirov Almaniyada yaşayır. O, bir neçə gün əvvəl Qroznıya uçub.

İnterpress.az