Putin Qəzzafinin qisasını Qərbdən alırbackend

Putin Qəzzafinin qisasını Qərbdən alır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Qərb qəzetləri Moskvanın dünyanın istənilən nöqtəsinə döyüş bayrağını sancmaq iqtidarında olduğunu nümayiş etdirdiyini yazır.

Mətbuatın yazdığına əsasən, Putinin ABŞ və Avropa üçün açacağı yeni cəbhə Liviya ola bilər.

Xəbər verildiyi kimi, Rusiyanın dəstəklədiyi, özünü Liviya ordusunun komandanı adlandıran və marşal rütbəsi daşıyan Xəlif Xəftərin qoşunları Liviya sahillərində strateji əhəmiyyətə malik iki neft limanını, Ras Lanuf və Əs Sidri qaytarmağa müvəffəq olublar. Bununla Xəftər martın 3-də dinçi “Benqazi müdafiə dəstələri” təşkilatından aldığı məğlubiyyətin əvəzini çıxıb.

Putin Liviyada da “tozanaq qopartmaq” istəyir, – deyə, Almaniyanın Frankfurter Rundschau qəzeti yazır.

Qəzet yazarı Martin Gelenin fikrincə, Rusiya Suriyadakı iri miqyaslı hərbi əməliyyatlıları uğurla başa çatdırdıqdan sonra Liviyadakı nüfuz dairəsini genişləndirmək niyyətindədir. Bunu həyata keçirməkdən ötrü Moskva Misirin Sidi Barrani bazasına xüsusi təyinatlılar və pilotsuz təyyarələr yerləşdirib.

Картинки по запросу халиф хафтар admiral kuznetsov

Putin Qəzzafinin qisasını Qərbdən alır

Rusiyanın Liviyadakı əsas adamı Xəlif Xəftərdir. Xəftər məhz Moskvadan aldığı dəstək sayəsində Liviyanın neft limanlarına doğru hücum edir”.

Müəllif Xəftərin hələ bu ilin yanvarında Liviyanın Tobruk limanında lövbər salan “Admiral Kuznetsov” təyyyarədaşıyan gəmisində Rusiya müdafiə naziri Sergey Şoyqu ilə videogörüşmə gerçəkləşdirdiyini xatırladır.

Putin Qəzzafinin qisasını Qərbdən alır

Məqalədə Liviyanın BMT tərəfindən tanınan baş nazir Faiz Sarrac hökumətinin artıq situasiya ilə bacara bilmədiyi qeyd olunur.

“Moskvanın müdaxiləsi BMT-nin xüsusi nümayəndəsi Martin Kobler vasitəsilə Liviyada hakimiyyət məsələsində kompromis əldə olunması ilə bağlı səylərini daha da çətinləşdirir. Xəftər Sərracla danışıqlara girməkdən imtina edir”, – məqalədə xəbər verilir.

“Liviya dosyesi Moskva üçün strateji nöqteyi-nəzərdən Misir ərazisində hərbi planları baxımından da geniş imkanlar açır. Putin Liviya ilə Qəzzafi dövründə qurduğu münasibətləri bərpa etmək istəyir”, – Martin Gelen yazır.

Məqalədə həm Vaşinqtonun, həm də Brüsselin Moskvanın fəaliyyətini təşvişlə izlədiyi bildirilir. ABŞ qoşunlarının Afrikadakı komandanı Rusiyanın Liviyada Suriya ssenarisi yaratmaq istədiyini bəyan edib”, – müəllif məqaləsində yazır.

Almaniyanın digər populyar nəşr orqanı “Bild” də Rusiya xüsusi təyinatlılarının Misirin Liviyanın 100 km-liyində yerləşən Sidi-Barrani bazasında yerləşməsinə diqqət çəkib.

Putin Qəzzafinin qisasını Qərbdən alır

Qəzet Rusiyanın son vaxtlarda mövqeləri zəifləyən və ard-arda zərbələr alan Xəlif Xəftərə hərtərəfli dəstək göstərmək üçün hərəkətə keçdiyini bildirir. Qəzetin rəyinə görə, Xəftər məhz bundan sonra vəziyyəti öz xeyrinə dəyişə bilib.

“ABŞ xüsusi xidmət orqanlarının məlumatına əsasən Moskva Qəzzafi devrildikdən sonra Liviyada yenidən möhkəmlənmək cəhdlərini həyata keçirir. Rusları birinci növbədə neft yataqları maraqlandırır”, – qəzet yazır.

“Rusiyanın Misirdə öz hərbçilərini yerləşdirməsi, Moskvanın aktiv şəkildə Xəlif Xəftərə dəstək göstərməsi iri miqyasda bir dönüşdən xəbər verir: Qərb özünü lider mövqelərindən çəkilməkdə, yaranan vakuum isə digər ölkələr tərəfindən doldurulmaqdadır, – The Times qəzetinin icmalçısı Edvard Lukas qeyd edir.

Lukasın fikrincə, Rusiya əsl dünya dövləti olmasa da qərar qəbul etməyə, riskə getməyə və oyundakı uduş qoyuluşunu artırmağa qadir olduğunu artıq sübut edib.

“Lakin bizim hökumətlərin fəlakət dərəcəsində qeyd oluna biləcək süstlüyü müttəfiqlərimizi dəhşətə gətirməyə, düşmənləri isə cəsarətləndirməyə davam edir. Biz tərəddüd etdikcə, Kreml xəritədə hələ çox bayraqlar sancmağa davam edəcək”, – məqalədə qeyd olunub. (musavat)

İnterpress.az