Poroşenko Roman Nəsirovla bağlı açıqlama veribbackend

Poroşenko Roman Nəsirovla bağlı açıqlama verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına əsasən, bu barədə “Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən, prezident bəyan edib ki, məsələnin mahiyyətini bilmir və istintaq zamanı vəzifəsindən uzaqlaşdırılan Nəsirov haqda cinayət işini şərh edə bilməz:

“Xoşbəxtəm ki, işin mahiyyətini bilmirəm və onu şərh edə bilməyəcəm. Arzu edirəm ki, Ukraynada hər bir prezident istintaqın gedişi ilə bağlı məlumatlanma imkanına və arzusuna sahib olmasın”.

Prezidentin sözlərinə görə, fəxr edir ki, onun iştirakı ilə Ukraynada müstəqil antikorrupsiya strukturu – Mili Antikorrupsiya Bürosu yaradılıb. Antikorrupsiya orqanlarının müstəqilliyi baxımından da, Nəsirovun taleyinin necə olacağını bilmədiyini vurğulayıb.
Qeyd edək ki, azərbaycanlı məmur Roman Nəsirov 73 milyon dollar məbləğində dövlət vəsaitlərini mənimsəməkdə şübhəli bilinir.

İnterpress.az