Qardaş bacısını baltaladı – YENİLƏNİBbackend

Qardaş bacısını baltaladı – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bərdə rayonunda baş vermiş cinayət hadisəsinin təfərrüatı məlum olub.

\”Report\”un Qarabağ bürosunun verdiyi məlumata görə, Leyla İbrahimli rayonda fəaliyyət göstərən çay evlərinin birində ofsiant işləyirmiş. Ancaq qardaşı Hafiz İbrahimli bacısının bu işinə etiraz edib. Bu səbəbdən tərəflər arasında münaqişə baş verib. Nəticədə H.İbrahimli bacısı L.İbrahimliyə balta ilə başından bir neçə dəfə zərbə endirərək qətlə yetirib. H.İbrahimli hadisədən sonra Bərdə Rayon Polis Şöbəsinə gedərək könüllü təslim olub.

Faktla bağlı Qarabağ Hərbi Prokurorluğunda araşdırma aparılır.

***

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə Bərdə şəhərində qeydə alınıb.

Şəhərin Füzuli küçəsində yaşayan 22 yaşlı Hafiz Vaqif oğlu İbrahimli 21 yaşlı bacısı Leyla İbrahimlini baltalayaraq öldürüb.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda araşdırma aparılır.

İnterpress.az