“Bu il iqtisadi artım olacaq”backend

“Bu il iqtisadi artım olacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev V Qlobal Bakı Forumunun açılışında deyib.

Prezident ölkəmizin bir çox hallarda ikili standartlardan əziyyət çəkdiyini, bu münaqişənin regionda sülhə və təhlükəsizliyə ciddi təhdid olduğunu, status-kvonun dəyişilməsinin vacibliyini qeyd edib:

“Bütün çətinliklərə baxmayaraq, Azərbaycan inkişaf edir, iqtisadi göstəricilərimizin artır, geniş regional inkişaf proqramları icra olunur, işsizlik və yoxsulluq dəfələrlə aşağı salınıb. Ölkəmizin regional və beynəlxalq mövqeləri çox güclüdür, həm qonşularla, həm də Avropa İttifaqına üzv ölkələrlə yaxşı əməkdaşlıq əlaqələri qurulub”.

“ Neft gəlirləri 3-4 dəfə aşağı düşürsə, bu, həyat tərzinə təsir edir. Buna baxmayaraq, çətinliklərin öhdəsindən gəldik. Müəyyən çətinliklər var, ancaq neft qiymətlərinə adaptasiya baş verir. Bu il iqtisadi artım olacaq. Hətta keçən il neft və qaz sahəsini kənara qoysaq, görərik ki, qeyri-neft sektorunda artım var. Son iki ay ərzində qeyri-neft məhsullarının ixracını iki dəfəyə qədər artıra bilmişik. Biz ixracımızı genişləndirməliyik, bizə xarici bazarlar lazımdır. Bunun üçün həmin bazarlara malik ölkələrin rəhbərləri ilə yaxşı siyasi əlaqələrə malik olmalıyıq”-deyə dövlət başçısı bildirib.

“Azərbaycan mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa sərmayə qoyur”, – deyən prezident ölkəmizin mədəniyyətlərarası dialoqa böyük əhəmiyyət verdiyini, malik olduğumuz tolerantlıq və multikulturalizm ənənələrinin Azərbaycanı bu prosesin mərkəzinə çevirdiyini diqqətə çatdırıb.

İnterpress.az