Eks-prezident erməniləri Qarabağdan çıxmağa çağırdıbackend

Eks-prezident erməniləri Qarabağdan çıxmağa çağırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın xəbərinə görə, bunu Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliev V Qlobal Bakı Forumu çərçivəsində \”Transatlantik münasibətlərin gələcəyi: Siyasi realizmə qayıdış\” mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanın öz suveren ərazisinə nəzarət etməyə tam hüququ var: “Azərbaycan rəhbərliyinin ikili standartların mövcud olduğunu qeyd etməyə tam haqqı çatır. Beynəlxalq qaydalar Ermənistana tətbiq olunmalıdır və biz Ermənistanı öz ərazilərinə qayıtmağa, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə çağırırıq. Biz Ermənistanı beynəlxalq qanunlara hörmət etməyə çağırırıq”.

Sabiq dövlət başçısı əlavə edib ki, Azərbaycan etibarlı tərəfdaşdır: “Bolqarıstan Cənub Qaz Dəhlizi təşəbbüsünün bir hissəsi olmaqdan məmnundur. Azərbaycandan 1 milyard kubmetr qaz almaqla bağlı SOCAR-la müqavilə imzalamışıq. Azərbaycan bizim enerji təhlükəsizliyimizə töhfə verir. Biz etibarlı dostlarıq. Biz keçmişdə çox layihələr görmüşük. Siyasətçilər çox sözlər veriblər. Yalnız Azərbaycan öz sözünü tutur. Azərbaycan iradəli, etibarlı tərəfdaş ölkə kimi ən gözəl nümunədir. Cənub Qaz Dəhlizi strateji cəhətdən vacib layihədir, vaxtında və büdcəyə uyğun irəliləyir. Bolqarıstan gələcəkdə bu layihədə iştirakını artırmaq niyyətindədir”.

İnterpress.az