“Avropada anti-türk düşüncəsi mövcuddur”backend

“Avropada anti-türk düşüncəsi mövcuddur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, Almaniyanın Köln şəhərində qondarma “erməni soyqırımı” qurbanlarının xatirəsinə abidə qoyulmasına qərar verilib. Maraqlıdır, Azərbaycan bu məsələdə Türkiyənin yanında olub onunla birlikdə alman hökumətinin anti-türk siyasətinə qarşı açıq mövqe sərgiləməlidirmi?
İnterpress.az xəbər verir ki, Moderator.az-a açıqlama verən “Borçalı” Cəmiyyətinin rəhbəri Zəlimxan Məmmədli belə bir həmrəyliyin zəruri olduğunu bildirib:

“Son vaxtlar baş verən hadisələr fonunda gizli kartlar açılmaqdadır. Avropada türk əleyhinə olan düşüncə mövcuddur. Bu, Türkiyənin əleyhinə olan düşüncə deyil. Bu, dolayı və birbaşa formada həm də Azərbaycanın, Orta Asiya türklüyünün, dünya türklüyünün əleyhinə olan bir düşüncədir. Türkiyənin dik durması digər türk dövlətlərinin ayaqda durması deməkdir. Azərbaycanın milli maraqlarını açıq şəkildə, həm siyasəti, həm də insanları ilə müdafiə edən Türkiyədir. Azərbaycan təbii ki, Türkiyənin haqq olan mövqeyinin yanında durmalıdır. Iki dövlət arasındakı münasibətlər, müqavilələr, dövlət başçılarının verdiyi bəyanatlar və s. milli maraqların qorunmasında ortaq əməkdaşlığın nə qədər mühüm rol oynadığını göstərir. Odur ki, Almaniyanın Köln şəhərində qondarma “erməni soyqırımı”na belə bir abidə qoyulacaqsa, Azərbaycan da Türkiyənin yanında olmalıdır”.

“Avropada anti-türk düşüncəsi mövcuddur”

İnterpress.az