Elmar Məmmədyarov italiyalı sabiq həmkarını qəbul edibbackend

Elmar Məmmədyarov italiyalı sabiq həmkarını qəbul edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Görüşdə 2017-ci ildə Azərbaycan və İtaliya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunduğu xatırlanaraq, bu illər ərzində iki dövlət arasında əməkdaşlığın müxtəlif sahələrində yüksək səviyyəli münasibətlər qurulduğu vurğulanıb.

Xüsusilə iqtisadi sahədə əməkdaşlıqdan bəhs edilərək, bu xüsusda TAP layihəsinin regional əhəmiyyətinə toxunulub, həmçinin Azərbaycan-Avropa İttifaqı münasibətlərinin cari durumu və perspektivlər barəsində fikir mübadiləsi aparılıb.

Sonda qarşılıqlı maraq doğuran regional və qlobal məsələlərə dair müzakirələr aparılıb.

İnterpress.az