Ermənistanda Sarkisyan üsyanıbackend

Ermənistanda Sarkisyan üsyanı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 16-ı axşam saatlarından başlayaraq, İrəvan Polis İdarəsinin binasını zəbt edən silahlı dəstənin üzvlərini qida məhsulları ilə təmin edən və cinayətkarlarla əlaqədə olmaqda ittiham olunan 49 yaşlı Artur Sarkisyanın ölümünə etiraz olaraq aksiyalar başlanıb.

İrəvan sakinləri Azadlıq meydanına toplaşmağa başlayıb. Daha sonra etirazçılar Maştots prospektində yolu bağlayıblar və Ədliyyə Nazirliyinə doğru yürüş təşkil ediblər.

Etirazçılar güclü yağış altında İrəvanın mərkəzi küçələrindən keçiblər. Aksiyaya azadlıqdan məhrum edilmiş müxalifətçi Şant Arutyunyanın oğlu Şaqenin rəhbərlik etdiyi bildirilir. Etirazçılar Azadlıq meydanında oturaq aksiya keçirməyi planlaşdırırlar.

Qeyd edək ki, Ermənistanda İrəvan Polis İdarəsinin binasını zəbt edən silahlı dəstənin üzvlərini qida məhsulları ilə təmin edən və cinayətkarlarla əlaqədə olmaqda ittiham olunan 49 yaşlı Artur Sarkisyan ölüb. “Sasna Tsrer” hadisələrinə gorə təqsirləndirilən Artur Sarkisyan həbsxanada aclıq aksiyası keçirirmiş. Onun halı qəfil pisləşib. Onu xəstəxanaya aparsalar da, həkimlər Artur Sarkisyana yardım edə bilməyiblər.

Xatırladaq, Artur Sarkisyan keçən ilin iyul ayında şəxsi avtomobili ilə polis barikadasını yararaq idarəni ələ keçirmiş “Sasna Tsrer\” üsyançılarına yemək və tibbi ləvazimatlar apardığına görə həbs edilmişdi.

İnterpress.az