Azərbaycanlı xanım UEFA nümayəndəsi olacaqbackend

Azərbaycanlı xanım UEFA nümayəndəsi olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehdiyeva 17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsinin Hollandiyada keçiriləcək 1-ci qrupunun oyunlarına təyinat alıb.
İnterpress.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, K.Mehdiyeva martın 27-də start götürəcək oyunlarda UEFA nümayəndəsi olacaq. Bu qrupda Hollandiya, Avstriya, İsveçrə və Sloveniya yığmaları mübarizə aparacaq. Qarşılaşmalar aprelin 1-dək davam edəcək.

İnterpress.az