“O cür istedadlı, işıqlı yazıçının ölümü bizi silkələyib oyatmalıdı”backend

“O cür istedadlı, işıqlı yazıçının ölümü bizi silkələyib oyatmalıdı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

R.Behrudi feysbuk səhifəsində bunları qeyd edib:

“Mövludu düşünürəm…

İntihar-qiyam qaldırmaqdan qorxan, təslim olmaqdan utanan adamların son çıxış yoludu məncə.
Mövludu tanıdığımdan onun ölüm xəbəri iki gündür məni rahat buraxmır. Toyundan bir həftə əvvəl nişanlısı ilə birlikdə xanımımdan müsahibə almağa gəlmişdi. Maraqlı müsahibə alınmışdı. Müsahibənin sonunda da qayıtdı ki, “Dünya xanım, Rüstəm müəllim xoşbəxtdi ki, sizin kimi müdafiəçisi var”. O da onun nişanlısını təriflədi… Ona həmin gün toy hədiyyəsi də bağışladı. Gec olduğundan maşınla evlərinə buraxmaq istədim. Düz iki saat tozlu-torpaqlı yolda kirayə qaldığı evi axtardıq. Sonunda da tapmadıq. Dedi ki, buralara yaxındı, özüm taparam. Toyuna gedə bilmədik…
Tez-tez zəngləşirdik. Demişdim ki, nə problemin olsa, mənə zəng vurarsan. Ancaq heç vaxt öz problemi ilə bağlı mənə zəng vurmadı. İndi onunla maraqlanmamağım ağrıdır məni.
O cür istedadlı, işıqlı, abır-həyalı bir cavan yazıçının ölümü bizi silkələyib oyatmalıdı.Yer üzündə adamların birbirindən xəbərsiz yaşamağı bu intiharların ən böyük səbəbidi məncə.Yer üzü görüş yeri olmaqdan savayı bir şey deyil. Birbirinizi qoruyun,əfəndilər!”

İnterpress.az