“Bazarlar od tutub yanır, sərt tədbirlər görülməlidirbackend

“Bazarlar od tutub yanır, sərt tədbirlər görülməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fəzail Ağamalı Milli Məclisin bu gün keçirilən plenar iclasındakı çıxışı zamanı höküməti qiymətləri qaldıran möhtəkirlərə qarşı sərt tədbirlərin görülməsinə çağırıb:

“Bazarlar od tutub yanır. Ətin, tərəvəz məhsullarının, digər ərzaq mallarının qiyməti durmadan qalxır. Unutmayaq ki, sahibkarlıq “qızıl təbəqə” adlandırılır. Bəzi möhtəkirlər vəziyyətdən sui-istifadə edirlər. Bunlar barədə sərt tədbirlər görülməlidir. Ölkədə maliyyə çətinlikləri var”.

Deputat parlamentdə olan Baş nazir Artur Rasizadəyə müraciət edərək, uzun illərdən bəri yararsız vəziyyətdə olan Salyan-Şirvan magistral yolunun tezliklə bərpa edilməsini xahiş edib:

“Cənubla Qərb rayonlarımızı birləşdirən Salyan-Şirvan avtomobil yolu hazırda çox yararsız vəziyyətdədir. Bu yolun salınması üçün dəfələrlə müraciət edilsə də, yol yarımçıq saxlanılır. Əhali isə bu yolun bərbad vəziyyətdə olmasından əziyyət çəkir. Xahiş edirəm ki, Salyan-Şirvan avtomobil yolunun salınması üçün müvafiq tapşırıqlar verəsiniz”.

İnterpress.az