“Biz bunu deyəndə qəbahətmi olur?”backend

“Biz bunu deyəndə qəbahətmi olur?”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Deputat Zahid bu fikirləri parlamentdəki çıxışında söyləyib. O, hökumətin fəaliyyəti ilə yanaşı, həm də nəzarət funksiyasını icra etməli olanları tənqid edib: “Sonra da deyirik ki, iki nazrilik ətarfında cinayətrlər baş verib. Bəs, biz onda hardaydıq? Bu parlamentdə olmuşuq. Biz on illərdir bu parlamentdəyik. Banklara görə yüz minlərlə insan məhkəmə çəkişmələrindədir. Mərkəzi Bank öz ehtiyatında olan 15 milyarddan 10 milyardını xərcləyib, üztəlik kredit götürmüş vətəndaşın da vəziyyəti ağırlaşıb. Ümumilikdə dövlətin 20 milyard manat vəsaitini xərcləməklə manatın kursunu saxlamaq mümkün olmadı. Bu məsələlərdə hökumətmiz günahı var. Biz bunu deyəndə qəbahətmi olur?”

Z.Oruc daxili istehsalın az faizdə olmasına da diqqət çəkib: “Bizdə istehsal olunan yağın 40 faizi, makaron və un məmulatlarının 50 faizi xaricdən gəlir. Halbuki bunun mühüm bir hissəsini daxildə istahsal etmək mümkün idi”. Ardınca “Bakı və Abşeron yarımadası ərazimizin 10 faizini təşkil edir. Amma əhalimizin 40 faizi burada məskunlaşır”-deyə, real durumdan bəhs etdi.

Z.Oruc dedi sonra üzünü baş nazirə tutdu: “Hörmətli Artur müəllim, yeni baş nazi nə vaxt, kim təyin olunacaq, bunu cənab prezident bilir. Amma yeni baş nazir sizin müsbət xüsusiyyətlərinizi qoruyub-saxlasa, bu, dövlətin xeyrinə olacaq”.

İnterpress.az