Nalbandyan BMT-nin baş katibinin qəbulundabackend

Nalbandyan BMT-nin baş katibinin qəbulunda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, görüşdə tərəflər regional və beynəlxalq məsələlərə toxunublar.

Onlar Yaxın Şərqdə, miqrasiya axınları ilə bağlı problemləri, qaçqınların vəziyyətini də müzakirə ediblər. A.Quterreş qaçqınlara sığınacaq verilməsi üzrə Ermənistanın səylərini qiymətləndirib .

Görüşdə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunub. Erməni nazir Qarabağ münaqişəsinin həlli ilə bağlı Vyana və Sankt-Peterburq sammitlərinin nəticələrini dəstəklədiklərini vurğulayıb.

A.Quterreş deyib ki, BMT ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması istiqamətində səylərinə dəstək verməyə hazırdır.

İnterpress.az