“Qanuni oğru” Qarabağda: Kriminal müharibə cəbhəyə daşınır – VİDEObackend

“Qanuni oğru” Qarabağda: Kriminal müharibə cəbhəyə daşınır – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kriminal aləmdə Ayko Qarabağski kimi tanınan “oğru” ya Rusiyaya giriş ömürlük qadağan edilib.

Qeyd edək ki, Ayko Qarabağski ötən sərin 90-cı illərində Rudolf Oqanov tərəfindən “taclandırılıb”. O, Oqanov və Ded Xasan arasında nüfuz müharibəsinin də mərkəzində dayanan şəxslərdən biri kimi tanınır. Rudolf öldürüldükdən sonra Ayko Qarabağski də nüfuz dairəsini müəyyən qədər itirib. Onun nüfuzunu qaytarmaq savaşında ən yaxın silahdaşı Quram Çixlidze olub. Ancaq onların səyləri o qədər də uğurla nəticələnməyib.

Ayko ilə bərabər Moskvada başqa bir “oğru”- Bəxşi Petrosyan da saxlanılıb. Petrosyan Melkadzenin ölümündə də təqsirləndirilir. Ayko Qarabağskinin Ermənistana deportasiyasından sonra bu ölkədə də normal yaşaya bilməyəcəyi deyilir. Erməni hakimiyyəti “oğru”ların siyası sistemə müdaxiləsi ehtimalının qarşısını almaq üçün onları ölkədən çıxarmağa çalışır. Buna görə də mənbələr Ayko Qarabağskinin işğal altındakı Qarabağa gedəcəyini istisna etmir. “Oğru” artıq dünən İravana göndərilib. ( cebhe.info )

İnterpress.az