Tərtərdə maşın dərəyə aşıb — Yaralanan varbackend

Tərtərdə maşın dərəyə aşıb — Yaralanan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rayonun “Dörd yol” adlanan ərazisində Cəfərov Zalış Qaçay oğlu idarə etdiyi “VAZ-21011” markalı avtomobil yoldan çıxaraq dərəyə yuvarlanıb. Qəzanın şahidləri hadisə barədə FHN-nin növbətçi hissəsinə və təcili tibbi yardıma məlumat veriblər. Xilasedicilər və həkimlər hadisə yerinə gələnədək, yaralı sürücü avtomobildən çıxarılaraq xəstəxanaya aparılıb.

Məlumata görə, xəsarət alan sürücünün qardaşı onu paytaxt xəstəxanalarından birinə aparıb.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır. ( apa )

İnterpress.az