“Məni düşündürən yalnız Qarabağ”la kubok oyunudur”backend

“Məni düşündürən yalnız Qarabağ”la kubok oyunudur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün xoş gündür. Stadionda gözəl atmosfer var idi. Azarkeşlərə təşəkkür edirəm. O ki qaldı oyuna, komandamı təbrik edirəm. Futbolçular bu gün meydanda canlarını qoydular. Tam üstünlük bizdə idi. Məncə, layiqli qələbə qazandıq\”. İnterpress.az \”Report\”a istinadən xəbər verir ki, bunu \”Neftçi\”nin baş məşqçisi Elxan Abdullayev evdə \”İnter\”ə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXIII tur matçından sonra deyib.
Daha sonra 48 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

– Artıq ikinci oyundur \”Neftçi” bir top fərqi ilə qələbə qazanır və bu qollar da birinci hissədə vurulur. Sanki \”Neftçi” ikinci hissədə bir qədər rahatlaşır. Avrokuboklarda rəqiblər bu cür şeyləri bağışlamırlar…
– Bu, futboldur. Biz qol vuranda oyun çətinləşir. Bu gün rəqibə heç-heçə də sərf edirdi. Biz qol vurduqdan sonra rəqib irəli çıxdı, bunun da nəticəsində 2-ci qolu vurduq. Təəssüf ki, dərhal qol buraxdıq. Bəlkə də o qolu buraxmasaydıq, hesab daha böyük olardı. İndidən Avrokubok barədə düşünmürəm. İndi məni düşündürən yalnız \”Qarabağ”la kubok oyunudur.

– Bu, sizin istədiyiniz \”Neftçi”dir?
\”Bütün \”Nefçi” sevərləri təbrik edirəm. – Bu komandanı mən yığmışam. Bilirəm, nə gözləmək olar. Ancaq pillə-pillə irəliləmək lazımdır. Əvvəlki komandaya baxanda, indiki qat-qat yaxşıdır. Ancaq hələ tam razı deyiləm.

– Qapıçı Boyan Baykoviçin çıxışından razısınız?
– Qol epizodunda qapıçıda səhv görmürəm. Baykoviçdən tam razıyam. O, qapıda duranda tam arxayın oluram. Təcrübəli qapıçıdır, öz təcrübəsi ilə komandaya çox kömək edir.

– Bu gün müdafiənizdə itki olsa da, Jayro Rodrigesə yox, yarımmüdafiəçi Ruslan Abışova şans verdiniz. Demək olarmı ki, Jayro komandadan göndəriləcək?
– Xeyr. Ruslan Abışovun əsl mövqeyi dayaq yarımmüdafiəçisi yox, mərkəz müdafiəçisidir. O, dəfələrlə bu mövqedə oynayıb.

– Millinin oyunu ilə bağlı çempionatda fasilə yaranacaq. Komanda yaxşı forma yığıb. Bu fasilə komandaya nə dərəcədə təsir edə bilər?
– Mən özüm də millidə çalışıram. Əvvəllər millidə olanda, sonradan \”Neftçi” məğlub olanda hamı mənim üzərimə düşürdü ki, məğlubiyyətə səbəb budur. Ancaq bu, səbəb deyil axı. Mən milli ilə Qətərdə idim. Ancaq qayıdandan sonra \”Qəbələ”ni məğlub etdik. Biz Almaniya kimi komanda ilə oynayacağıq. Bizim komandadan 2 nəfər millidə olacaq. Bəzi oyunçularımız da U-21-in düşərgəsinə gedəcək. Digər oyunçular isə plan üzrə hazırlaşacaq. Gəlib baxa bilərsiniz. Bayramla bağlı 3 günlük istirahət veriləcək. Fasilə bizdən asılı məsələ deyil axı.

– Siz həm də millidə çalşırsınız. Prosineçkinin oyun fəlsəfəsi barədə məlumat verə bilərsiniz?
– Nizami Hacıyev çox tərbiyəli futbolçudur. Mən ona məsləhət bilərdim ki, az danışsın. Bu barədə o özü danışmamalıdır. Oynayır, onsuz da, buna görə təriflənir. Çağırılmamasına gəldikdə isə bu, Prosineçkinin qərarıdır. Mən onun başında nə olduğunu bilmirəm axı. O, heç vaxt deməyib ki, Nizami pis futboçudur. Sadəcə, deyib ki, oyunumuza uyğun deyil.

– Bəs sizin necə? Nizami sizin oyun fəlsəfənizə uyğundur?
– Bu suala cavab verə bilmərəm. İndi ad çəkmək düzgün olmaz.

İnterpress.az