Rusiyalı yəhudi bloger Qarabağa yollanır… – Lapşinə dəstək üçünbackend

Rusiyalı yəhudi bloger Qarabağa yollanır… – Lapşinə dəstək üçün

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir sıra rusiyalı blogerlər Dağlıq Qarabağa və işğal altındakı digər Azərbaycan torpaqlarına axışır. İnterpress.az-ın məlumatına görə, xəbərdə rusiyalı blogerlərin guya Azərbaycanın Dağlıq Qarabağa səfər etmiş Rusiya-İsrail blogeri Aleksandr Lapşinin Minskdə həbs edilərək Bakıya təhvil verilməsinə gətirib çıxarmış siyasətinə etiraz əlaməti olaraq işğal altındakı torpaqlarımıza yollandıqları bildirilir.

Martın 18-də səhər blogerlər Anton Nosik, Anton Merkurov, redaktor Svetlana Bolşakova və adları hələlik çəkilməyən digər bloger və jurnalistlər təyyarə ilə İrəvana gəlib. Onların bu gün – martın 19-da Ermənistandan Dağlıq Qarabağa gedəcəyi planlaşdırılır.

Anton Nosik Moskvadan uçmadan öncə “Canlı jurnal”dakı bloqunda yazıb:”Dağlıq Qarabağ Respublikasına yola düşürəm. Ora həm də qədim erməni Artsaxıdır… Belə bir rəy var ki, oraya yollanan hər kəs Azərbaycanın ərazi bütövlüyünü pozur. Bu, məni narahat etnir. Ona görə ki, Azərbaycanın özünün suveren bir dövlət kimi mövcudluğu tarixi bir səhv və anlaşılmazlığın nəticəsi olub…”

Maraqlıdır ki, Azərbaycan barəsində növbəti həyasız açıqlama verən bloger Anton Nosik də Aleksandr Lapşin də yəhudi mənşəlidir. O, 1990-cı ildə keçmiş SSRİ-dən İsrailə köçüb və 1997-ci ilədək orada yaşayıb. Rusiyada yəhudi icmasının ən fəal üzvlərindən biridir. 2016-cı ilin oktyabrında Rusiya məhkəməsi A.Nosiki ekstremizmdə və milli nifrət yaratmaqda günahlandırıraraq 500 min rubl cərimə edib.(moderator.az)

İnterpress.az