Kim Çen In yeni raket sınaqdan keçirdibackend

Kim Çen In yeni raket sınaqdan keçirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, NHK telekanalının bu barədə yaydığı məlumatda bildirilir ki, sınaq Şimali Koreyanın şimal-qərbindəki Soxe kosmodromundakı start meydanında aparılıb. Sınağı ölkə lideri Kim Çen In şəxsən izləyib.

Hakim Koreya Əmək Partiyasının mətbu orqanı olan “Nodon Sinmun” qəzeti bu barədə məlumatı və fotonu özünün birinci səhifəsində yerləşdirib.

Ötən ilin aprelində Şimali Koreya həmin start meydanında qitələrarası ballistik raketlər, sentyabrda isə uzaq məsafəli raketlər üçün mühərriklərin sınağını keçirmişdi.

İnterpress.az