Ürəyinizi qoruyunbackend

Ürəyinizi qoruyun

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Havaların çox dəyişən olduğu bu günlərdə ürək sağlamlığını qorumaq üçün qidalanmada bir çox əhəmiyyətli nöqtəyə diqqət etməliyik. Soyuq havalarda kafi enerjini ala bilməyən bədənimiz, bütün damarlarımızı sıxaraq enerjisini qorumağa və bədənin ehtiyacını qarşılamağa çalışır. Bu sıxılan damarlar içində ürəyi qidalandıran tac damarlar da vardır. Əgər ürək damarlarımızda tıxanma varsa ürək böhranının ortaya çıxmasına səbəb ola bilər. Qış aylarında da ürək böhranı riski artmaqdadır.

Bu vəziyyətdən qorunmaq üçün xüsusilə səhər yeməyini tam və enerji verəcək şəkildə etməliyik. Pəhriz saxlayanlar da naharı göz ardı etməməlidirlər. Nahar enerjisi yüksək və zülalla zəngin, lakin nişastadan kasıb olmalıdır. Bu ürəyi soyuq, qrip kimi xəstəliklərindən və zəiflikdən qoruyur.

Bir digər əhəmiyyətli nöqtə duzdan istifadədir. Bədənimizin gündəlik duz ehtiyacı 2 qrama qədərdir. Normal yeməklərlə alınan duz bədənimiz baxımından kifayətdir. Bu dozun aşılmaması məsləhətdir. Həddindən artıq duzlu bəslənmə böyrəklərin iş yükünü artırır, ürəyin həddindən artıq yüklənməsinə və də hipertansiyona səbəb ola bilər.

Gündəlik qida ehtiyacımızı karbohidrat, zülal və yağlardan qarşılayırıq. Müəyyən nisbətlərdə bədənimizin hamısına ehtiyacı vardır. Ancaq hər şeyin artığı bədənimizə zərərlidir. Karbohidratlı və yağlı qidalar ürək damarlarımıza zərər verə bilər. Bunun üçün ağ unlu yeməklər (ağ çörək, makaron, biskvit, qoğal və s.), şəkərli qidalar (şirnilər, tortlar.)qidada olduqca az səviyyədə istehlak edilməlidir. Marqarin yerinə zeytun yağı, fındıq yağı və ya günəbaxan yağı kimi bitki mənşəli yağlar seçim edilməlidir.

Zülallı qidalara qida zincirimizde daha çox yer verməliyik. Bu qidalar həm daha az kalori ehtiva edirlər, həm də bədənimizdə element olaraq vəzifə alırlar. Bu baxımdan qırmızı ət qədər keyfiyyətli zülal ehtiva edən quru paxlalılar (quru paxla, noxud, mərci və s.) həftədə 3-4 boşqab olacaq şəkildə istehlak edilməlidir. Ət və ət məhsulları azaldılmalı, balıq, toyuq və hinduşka kimi ağ ət seçilməli və bişirmə əsnasında yağ istifadə edilməməsi məsləhətdir. Süd və süd məhsulları, yağsız və ya az yağlı olaraq istehlak edilməlidir. Tam taxıl, buğda, tam çovdar və kəpəkli çörəklər seçilməlidir. Bunlar bağırsaq içərisində su tutaraq nəcis konsistensiyasını yumşaldır və qəbizliyə mane olur.

Spirtli içkilər kalorisi olduqca yüksək içkilərdir. Bədəndə yağa çevrilərək saxlanılır. İçilməsi ürək yükünü artırır. Cəmiyyətdə doğru bilinən bir səhv isə şərabın və ya digər spirtli içkilərin damarları açdığıdır. Halbuki qaraciyər yağlanmasını və damarlarda ən çox xolesterol təcrübəsini artıran spirtli içəcəklərdir. Qış aylarında xüsusilə məşq saatlarımıza diqqət etməliyik. Yaya nisbətən etmədiyimiz məşqləri qışda daha rahat edə bilərik. Lakin soyuq havanın ürək damarlarını daraldıcı təsirini də unutmamaq lazımdır.

İnterpress.az