Andrey Karaulov Telman İsmayılovu xilas edə biləcəkmi…backend

Andrey Karaulov Telman İsmayılovu xilas edə biləcəkmi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Karaulovun “Moment istinı” (“Həqiqət anı”) müəllif proqramının saytında anons verilib. Karaulovun T.İsmayılovun müdafiəsinə yönəlmiş “Ov” sənədli filinin birinci hissəsi bir neçə həftə əvvəl efirə getmişdi. İndi o, “Ov-2”nin anonsunu verib.

Anonsda deyilir ki, “sensasion” sənədli filmdə Telman İsmayılovun biznesinin “VTB Bank” tərəfindən “misli görünməmiş şəkildə reyder üsulu ilə ələ keçirilməsindən” bəhs ediləcək.

Andrey Karaulov Telman İsmayılovu xilas edə biləcəkmi...

Andrey Karaulov

“Biz bu unikal əhvalatın yeni təfərrüatları barədə danışacağıq, ölkənin iri və hörmətli bankının necə ölkənin baş reyderinə çevrilməsindən bəhs edəcəyik. Bizim birinci araşdırmamız bankın rəhbərliyi tərəfindən birmənalı qarşılanmadı, indi Telman İsmayılovun şirkətlər qrupunu yeni cinayət işləri ilə hədələyirlər. Bu bespredeldə VTB-nin idarə heyətinin sədri Kostin Andrey Leonoviç hansı rol oynayır?”-Karaulovun anonsunda bildirilir.

Andrey Karaulov Telman İsmayılovu xilas edə biləcəkmi...

VTB-Bankın rəhbəri Andrey Kostin

Xatırladaq ki, bir neçə gün əvvəl məhkəmə Telman İsmayılovun müflis elan edilməsi barədə qərar çıxarıb. Nəticədə onun milyardlarla dollarlıq kredit borcuna görə banklarda girov qoyulan əmlakının hərrac yolu ilə satılmasının yolu açılıb. T.İsmayılovun o cümlədən VTB Bank-a yüz milyonlarla dollar kredit borcu var. Onun bankla kreditlərin ödənilməsinin vaxtının uzadılması barədə danışıqları nəticəsiz qalıb.

İnterpress.az